Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 29-da keçirilən brifinqdə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Tacikistanda keçirilən görüş əhəmiyyətli olduğunu bildirib.
Qaziler.az bildirir ki, bu barədə izvestiya məlumat verir.
“Biz iki prezident arasında Düşənbədə keçirilən ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu, ikitərəfli münasibətlərimizdə yeni bir səhifə açmağımız baxımından çox vacib bir görüş idi”, - deyə Peskov bildirib.
Bakı məhkəməsinin saxlanılan rusiyalıların həbs müddətini daha üç ay uzatması ilə bağlı suala cavab olaraq mətbuat katibi ölkələr arasında dialoqun davam etdiyini qeyd etdi. Kremlin sözçüsü müxtəlif səviyyələrdə aparılan əziyyətli işləri vurğuladı.
QAZİLER.AZ



