Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.
Qaziler.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



