Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa ölkələrinin kiçik bir qrupu milli maraqlarını və vətəndaşlarının hüquqlarını qorumaqda ciddi təzyiqlə üzləşir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, Peskov bu ölkələrin öz mövqelərini müdafiə etmək üçün AB mexanizmlərindən istifadə etdiyini, lakin fəaliyyətlərinin boğulduğunu vurğulayıb.
"Həmçinin öz maraqlarını və xalqlarının maraqlarını qorumağı hədəfləyən kiçik bir qrup dövlət də var. Bu dövlətlər Avropa İttifaqı tərəfindən təmin edilən mexanizmlərdən istifadə edərək AB daxilində hüquqlarını müdafiə edirlər. Lakin onlar çətinliklərlə üzləşirlər, təzyiq altındadırlar və fəaliyyətləri boğulur”, - Kremlin sözçüsü bildirib.
QAZİLER.AZ



