Televiziyaları daha çox tamaşaçı izlədiyindən burada çalışan aparıçılar daha diqqətli olmağa çalışmalıdır. Çünki onların səhvləri daha diqqətçəkən və yaddaqalan olur.
Xəbər aparıcılarının adları, xüsusən də ölkə prezidentlərinin adlarını səhv salmaları tamaşaçının diqqətindən yayınmır.“a24.az” bildirir ki, xəbər verilişləri daha çox izlənilən ANS kanalının aparıcısı Rusiya prezidenti Vladimir Putini Suriyanın, “Spase” telekanalı isə əksinə, Suriya prezidenti Bəşər Əsədi Rusiyanın prezidenti kimi təqdim ediblər.
Siyasi vəziyyətdən xəbər təqdim edən “Space” aparıcısı: Rusiya prezidenti Bəşər Əsəd Fransa mətbuatına müsahibəsində bildirib ki, Paris bölgədə apardığı siyasəti dəyişəcəyi təqdirdə Suriya Fransa ilə kəşfiyyat məlumatlarını bölüşəcək”- deyə məlumat verib.
ANS aparıcısı isə başqa bir xəbəri tamaşaçının nəzərinə çatdıranda səhv edib: “…Türkiyə Rusiya təyyarəsini vurduqdan sonra prezident Rəcəb Tayyib Ərdoğan Suriya prezidentinə görüşməyi təklif etsə də Vladimir Putin bu təklifi qəbul etməmişdi”.