Rusiya əleyhinə sanksiyalar əslində kimi "vurur?" - Zaxarovadan açıqlama

Rusiya əleyhinə sanksiyalar əslində kimi "vurur?" - Zaxarovadan açıqlama backend

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avropa İttifaqının anti-Rusiya sanksiya siyasəti ilk növbədə Brüsselin özünə ziyan vurur.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, diplomatın sözlərinə görə, onların genişləndirilməsi potensialı faktiki olaraq tükənib.

"Onların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ilk növbədə Avropa İttifaqının əleyhinə işləyir. Brüsselin ölkəmizə qarşı sanksiyaları genişləndirmək imkanları böyük ölçüdə tükənib", - Zaxarova bildirib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı əlavə sanksiyalar çərçivəsində "Rosneft" və "Lukoyl" neft şirkətlərinə məhdudiyyətlər tətbiq edilib. 

QAZİLER.AZ