Tramp Zelenski ilə görüşündə prioritet məsələnin ərazilər olmadığı deyib - WSJ

Tramp Zelenski ilə görüşündə prioritet məsələnin ərazilər olmadığı deyib - WSJ backend

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə Ukrayna nümayəndə heyətinin gətirdiyi döyüş meydanının xəritələrinə baxmaqdan imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Amerika, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Bundan başqa, Ağ Ev rəhbəri Zelenskiyə onun prioritetinin müharibəyə son qoymaq olduğunu bildirib. Nəşrin yazdığına görə, Amerika prezidenti heç bir nəticədə ərazi məsələsində maraqlı olmadığını açıqlayıb.

Tramp həmçinin Ukrayna liderinə bildirib ki, Kiyev uzaqmənzilli “Tomahawk” raketləri alacağına ümidli olmasın.

QAZİLER.AZ