Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Qaziler.az xəbər verir ki, o, bu barədə "X"dəki hesabında yazıb.
"Can dostumuz, qardaşımız, göz bəbəyimiz olan Azərbaycanı 18 oktyabr Müstəqilliyin Bərpasının 34-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Bu qürurlu gündə dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına ən səmimi salamlarımı çatdırıram", - Ərdoğan yazıb.