Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin bitməsini istəyir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Ağ Evdə görüşü zamanı deyib.
"Düşünürəm ki, prezident Putin münaqişəyə son qoymaq istəyir... Düşünürəm ki, o, müharibəni bitirmək istəyir. Dünən onunla iki saat yarım danışdım və bir çox detalları müzakirə etdik. O, bunun bitməsini istəyir", - Tramp deyib.
Qeyd edək ki, oktyabrın 16-da Putin və Tramp arasında telefon danışığı olub. Söhbətdən sonra ABŞ prezidenti iki lider arasında Macarıstanın paytaxtında görüşünün mümkünlüyünü açıqlayıb.
QAZİLER.AZ