Tramp Ukrayna münaqişəsi ilə bağlı proqnoz verdi

Tramp Ukrayna münaqişəsi ilə bağlı proqnoz verdi backend

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə Ukraynada sülh prosesinin normal getdiyini bildirib.

Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir.

Amerika lideri həmçinin Ukrayna münaqişəsinin həll olunacağına əminliyini ifadə edib. Buna cavab olaraq Zelenski bildirib ki, Trampın köməyi ilə münaqişə mütləq sona çatacaq.

Zelenski ilə Tramp arasında Vaşinqtonda keçirilən görüş 2025-ci ildə üçüncü görüş olub. Bir gün əvvəl isə Tramp Rusiya prezidenti Vladimir Putinlə uzun telefon danışığı aparıb, bundan sonra tərəflər Budapeştdə görüşməyə razılaşıblar.

QAZİLER.AZ