“Rusiya yaxın bir neçə il ərzində Avropaya hücum edə bilər”.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
“Rusiyanın bu gün Aİ-yə hücum etmək imkanı yoxdur, lakin o, yaxın illərdə hazırlaşa bilər”, - Kaya Kallas deyib.
Bu baxımdan Kallas hesab edir ki, Aİ yaxın bir neçə il ərzində müdafiə potensialını əhəmiyyətli dərəcədə artırmalıdır.
QAZİLER.AZ