Xarici işlər naziri Elmar Məmmədyarov Serbiyaya işgüzar səfərə yola düşüb. QAZİLER.AZ-ın XİN-in saytına istinadən məlumatına görə, Elmar Məmmədyarov 3-4 dekabr tarixində Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının 22-ci iclasında iştirak məqsədilə Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.
Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.Elmar Məmmədyarov Serbiyaya yola düşüb

