Tramp paylaşımında Putinə təşəkkür edib

Tramp paylaşımında Putinə təşəkkür edib backend

ABŞ prezidenti Donald Tramp Putinin Amerika liderinin böhranları həll etmək səyləri ilə bağlı açıqlamalarından sonra Vladimir Putinə təşəkkür edib.

Qaziler.az xəbər verir ki, bu barədə o, özünün “TruthSocial” sosial media səhifəsində paylaşım edib.

"Sağ olun, prezident Putin!", - Ağ Ev rəhbəri rusiyalı həmkarının çıxışından sitatlar və video əlavə edərək yazıb.

Qeyd edək ki, daha əvvəl Putin Nobel Sülh Mükafatının sülh üçün heç bir iş görməyən insanlara verildiyini bildirmişdi. Onun fikrincə, bu qərarlar mükafatın nüfuzuna böyük zərbə vurub.

QAZİLER.AZ