Ramil Həsən deputat fəaliyyətini dayandıracaq

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq backend

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.

Apa-nın xəbərinə görə, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.

Onun mandatına Mərkəzi Seçki Komissiyası xitam verəcək.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən etibarən başlaycaq.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.