İsrail və "HƏMAS" hərəkatı arasında sülh planının birinci mərhələsinə dair razılaşmanın imzalanmasında Türkiyənin böyük rolu olub.
"Report" bu barədə ABŞ Prezidenti Donlad Tramp və "HƏMAS" qruplaşmasının bəyanatına istinadən xəbər verir.
Belə ki, Tramp və hərəkat məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Türkiyə, Qətər və Misirə təşəkkür ediblər.
Qeyd edək ki, rəsmi Ankara dəfələrlə Qəzzada atəşkəsin əldə olunması istiqamətində mütəmadi səylər göstərdiyini bəyan edib.