Suriya kürdləri ilə “muxtariyyət və separatizm” oyunu oynamaq konkret nəyəsə gətirib çıxara bilər.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib.
Diplomat xəbərdarlıq edib ki, bu məsələ regionun bütün ölkələrini partlada və ciddi risk yarada bilər.
“Çoxlarının ənənəvi qorxusu ondan ibarətdir ki, Suriya kürdləri ilə “muxtariyyət və separatizm” uğrunda “oyunlar” konkret nəyəsə gətirib çıxararsa, o zaman kürd məsələsi regionun bütün digər ölkələrində də sıçrayşa səbəb ola bilər”, - rusiyalı nazir deyib.
Lavrovun sözlərinə görə, bütün region ölkələri Suriyanın birliyində maraqlı olmalıdır. Onlar Dəməşqə, eləcə də ölkənin siyasi və etnik-dini qruplarına təsir göstərməlidirlər.
QAZİLER.AZ