Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fələstindəki vəziyyətin nizamlanmasına kömək etməyə hazır olduğunu bildirib.
Qaziler.az bu barədə “News.ru”ya istinadla xəbər verir.
Qeyd olunub ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin mümkünsüzlüyü barədə bəyanatları qəbuledilməz hesab etdiyini bəyan etmişdi.
QAZİLER.AZ