Türkiyə Prezidentinin Azərbaycana səfəri başa çatıb

Türkiyə Prezidentinin Azərbaycana səfəri başa çatıb backend

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri oktyabrın 7-də başa çatıb.

Apa xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər yola salıblar.