Ərdoğan sabah Azərbaycana gələcək

Ərdoğan sabah Azərbaycana gələcək backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.

Apa-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, 6-7 oktyabr tarixlərində Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçiriləcək.