Niderlandın Baş naziri Azərbaycanla əlaqələri yüksək qiymətləndirir

Niderlandın Baş naziri Azərbaycanla əlaqələri yüksək qiymətləndirir backend

Niderlandın Baş naziri Dik Sxof özünün “X” hesabında Prezident İlham Əliyevlə Kopenhagendə keçirdiyi görüşlə bağlı paylaşım edib.

Apa-nın xəbərinə görə, paylaşımda görüş zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin müzakirə olunduğu bildirilib.

“Bu gün Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Mən Azərbaycanla əlaqələrimizi və Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirdiyimi ifadə etdim. Biz ticarət, logistika və dənizlə bağlı sahələrdə əlaqələrimizin genişləndirilməsi fürsətlərini müzakirə etdik”, - Niderlandın Baş naziri paylaşımında qeyd edib.