Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
"Report"un Avropa Komissiyasının (AK) saytına istinadən məlumatına görə, bunu AK sədri Ursula fon der Lyayen üzv ölkələrin dövlət və hökumət başçılarının Kopenhagendəki qeyri-rəsmi sammitinin yekunlarına dair bəyanatında bildirib.
"Biz sanksiyalara yeni yanaşma təklif edirik. Biz artıq mərhələli yanaşmadan istifadə etmirik, əksinə, enerji, maliyyə xidmətləri və ticarət sahəsində daha sərt tədbirlər təklif edirik", - Lyayenin bəyanatında qeyd olunub.
AK sədri əlavə edib ki, bu yanaşma artıq müzakirədə olan 19-cu sanksiyalar paketinin hazırlanmasında tətbiq edilir.
Xatırladaq ki, sentyabrın 19-da Lyayen AK-nın Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib.