Bakı İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week 2025) 3-cü günü start götürüb.
Qaziler.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə bu gün COP29 prezidenti,Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər nitqlə çıxış edəcəklər.
Tədbirdə iqlim dəyişiklikləri şəraitində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, iqlim texnologiyaları, eləcə də regional dayanıqlı su ehtiyatlarının idarə olunması kimi mövzular müzakirə ediləcək.
Qeyd edək ki, 2024-cü ildə COP29-un sədrliyi Londonla tərəfdaşlıq çərçivəsində COP29-un 2024-cü ilin noyabrında keçiriləcəyi ərəfədə bütün cəmiyyəti səfərbərliyə çağıran oxşar bir tədbir kimi ilk Bakı İqlim Fəaliyyəti Həftəsini uğurla təşkil edib.
Xəbər yenilənir.


