BMT nümayəndəsi: FAO Azərbaycanı dəstəkləyir

BMT nümayəndəsi: FAO Azərbaycanı dəstəkləyir backend

FAO Azərbaycanı qürurla dəstəkləyir.

Apa xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu “Bakı İqlim Faəliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirin üçüncü günündəki çıxışında deyib.

“FAO Azərbaycanın iqlim vizyonunun həyata keçirilməsində sabit bir partnyor kimi fəaliyyətini davam etdirəcək. Biz iqlim dəyişikliyinə dayanıqlı kənd təsərrüfatı sistemi qurmalıyıq. Kənd təsərrüfatı sisteminin rəqəmsallaşdırılması, su itkilərinin qarşısının alınması, qida tullantılarının idarə olunması, meşələşdirmə, ərzaq təhlükəsizliyinin təmin olunması və digər məsələlər bu baxımdan çox mühümdür. İtkilərin və təchizat zəncirindəki boşluqların azaldılması təkcə daha çox insana normal qidalanmağa kömək etmir, həm də istixana qazlarının emissiyasını azaldır, torpaq və su mənbələrinə təzyiqi yüngülləşdirir”, - Viorel Gutu bildirib.