Niderland XİN başçısı: Ermənistan-Azərbaycan sülh razılaşması regionda sabitliyə töhfə verib

Niderland XİN başçısı: Ermənistan-Azərbaycan sülh razılaşması regionda sabitliyə töhfə verib backend

Biz bölgədəki son hadisələrdən, əlbəttə ki, Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmadan çox məmnunuq.

Bunu "Report"un ABŞ bürosuna Niderland Krallığının xarici işlər naziri David van Vil deyib.

Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşması regionda sabitliyə töhfə verib:

"Azərbaycan və Ermənistana NATO tərəfdaşları kimi hörmətlə yanaşırıq. Hər iki ölkənin barış yolu ilə əldə etdiyi uğur artıq göz önündədir. Mən hətta bir neçə gün öncə ABŞ Dövlət katibinin ev sahibliyi etdiyi bir naharda iştirak etdim, orada hər iki ölkə NATO və Avropa İttifaqı ölkələrinin nümayəndələri ilə birgə zalda idi. Hesab edirəm ki, bu, ikitərəfli münasibətlərimizin inkişafının göstəricisidir və bu istiqamətdə davam etməliyik".

XİN rəsmisi əlavə edib ki, əldə olunmuş razılaşma əsasında fəaliyyət davam etdirilməlidir: "İki ölkə arasında əldə olunan razılaşma sülhə xidmət edir və çox yaxşı oldu. İndi isə bütün əldə olunmuş razılaşmaların icrasını davam etdirməyin vaxtıdır. Bu, dəhlizlər vasitəsilə gediş-gəlişin təmin olunması, Türkiyə ilə sərhədin açılması deməkdir. Bunların hamısı mərhələli şəkildə baş verməlidir və bu halda region hamı üçün daha firavan olacaq. Azərbaycan bu istiqamətdə addımlamalıdır".