AB Trampı Ukrayna ilə bağlı söylədiyi fikirlərə görə tənqid edib

AB Trampı Ukrayna ilə bağlı söylədiyi fikirlərə görə  tənqid edib backend

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Ukraynanın inteqrasiya birliyinin köməyi ilə köhnə sərhədlərini bərpa edə biləcəyi ilə bağlı dediklərini yanlış adlandırıb.

Qaziler.az bildirir ki, bu barədə Berlindəki mənbəyə istinadən “Pais” qəzeti yazıb.

"Avropa Birliyinin köməyi ilə Ukraynanın köhnə sərhədlərini bərpa edə biləcəyini söyləmək düzgün deyil. Hadisələr Trampın istədiyi kimi cərəyan etmir və o, özünü reallıqdan qorumağa çalışır", - nəşr yazıb.

Başqa bir mənbə isə Avropanın Ukrayna böhranı ilə baş-başa qaldığı fikrini bildirib.

İki gün əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna böhranı ilə bağlı ritorikasını qəfil dəyişərək Kiyevin öz ərazilərini geri ala biləcəyini bəyan edib.

QAZİLER.AZ