Davudoğlu dekabrın 3-də Azərbaycana gələcək

Davudoğlu dekabrın 3-də Azərbaycana gələcək backend

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı və proqramı məlum olub.


Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, baş nazir dekabrın 3-də günorta saatlarında Azərbaycana gələcək. O, həmin gün Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşəcək. Növbəti gün Ə. Davudoğlunun ADA Universitetində çıxışı planlaşdırılır.

Türkiyə baş nazirinin Azərbaycan səfəri dekabrın 4-də başa çatacaq.
Diaspora