Avstraliya XİN: “Azərbaycanın suverenliyini tanıyırıq”

Avstraliya XİN: “Azərbaycanın suverenliyini tanıyırıq” backend

Noyabrın 30-da Avstraliyanın federal parlamentində sessiyası zamanı Qərbi Avstraliya ştatından millət vəkili seçilmiş, eləcə də Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Lyuk Simpkins Dağlıq Qarabağ və ətraf regionlar da daxil olmaqla Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı ilə əlaqədar Avstraliya hökumətinin rəsmi mövqeyi haqda xarici işlər naziri xanım Culia Bişopa sual ünvanlayıb.


Bu barədə APA-ya Azərbaycanın Avstraliyadakı Səfirliyindən bildirilib. Məlumata görə, Dünyada xalqların suveren ərazilərinin qeyri-qanuni işğalının qınanılması ilə bağlı Avstraliyanın uzunmüddətli siyasət yürütdüyünü bildirən nazir Dağlıq Qarabağ məsələsində Avstraliya hökumətinin Azərbaycanın suverenliyini tanıdığını diqqətə çatdırıb.

Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımadıqlarını söyləyən C. Bişop Avstraliya hökumətinin problemin həlli istiqamətində Minsk qrupunun səylərini dəstəklədiyini qeyd edib.

Çıxışın sonunda avstraliyalı diplomat Ermənistan və Azərbaycanı məsələni sülh yolu ilə həll etmək üçün bir araya gəlməyə, münaqişəyə və Dağlıq Qarabağın işğalına son qoymağa çağırıb.
Diaspora