Ukrayna prezidenti Pyotr Poroşenko Parisdə BMT-nin İqlim Dəyişikliyi konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər verib.
Görüşdə Donbasdakı vəziyyət və Rusiyaya məxsus hərbi təyyarə ilə bağlı insident müzakirə olunub.Tərəflər P.Poroşenkonun 2016-ci ilin əvvəlində Türkiyəyə səfərə edəcəyi barədə razılığa gəliblər. “Biz bu səfərdən sıçrayış gözləyirik. Siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək niyyətindəyik”, deyə Ukrayna prezidenti bildirib.