Rubio və Lavrov danışıqlarının təfərrüatları məlum olub

Rubio və Lavrov danışıqlarının təfərrüatları məlum olub backend

Birləşmiş Ştatların dövlət katibi Marko Rubio BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqları zamanı Ukraynadakı vəziyyətin nizamlanması üçün mühüm addımların atılmasının vacibliyindən danışıb.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, danışıqlar zamanı Rubio ABŞ prezidenti Donald Trampın çağırışlarını təkrarlayıb.

Görüş mətbuata açıqlama verilmədən bağlı qapılar arxasında keçirilib. Danışıqlar 50 dəqiqə davam edib.

QAZİLER.AZ