Qətər türklərin ölkəni tərk etməsini yasaqladı

Qətər türklərin ölkəni tərk etməsini yasaqladı backend

Qətər dövləti ötən həftə meydana gələn sel fəlakətində zərər görən tikintilərlə əlaqədar araşdırmalara başlayıb və buna görə də aralarında türk iş adamlarının da olduğu əcnəbi podratçı şirkətlərin ölkəni tərk etməsini yasaqlayıb.


Axar.az xəbər verir ki, Doha beynəlxalq hava limanı, Doha metrosu, yol, bina, idman kompleksi kimi tikintiləri həyata keçirən xarici podratçılar haqqında istintaq araşdırmaları başlayıb.

Hökumət istintaq yekunlaşana qədər əcnəbi şirkət sahiblərinin və texniki işçilərin ölkəni tərk etməsini qadağan edib.

Qeyd edək ki, baş verən sel daşqınları nəticəsində Qətərin paytaxtı Dohada infrastruktur demək olar ki, tamamilə dağılmış, yollar bağlanmışdı.
Diaspora