NATO Baş katibinin Su-24 insidenti ilə bağlı ilk çıxışı Alyansın bütün üzvləri ilə razılaşdırılmamışdı. Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında ATƏT-in İrəvan ofisinin rəhbəri Andrey Sorokin söyləyib. Onun sözlərinə görə, Rusiya təyyarəsinin vurulması öncədən planlaşdırılıb:
“Bir misal söyləyəcəyəm. Özünüz mühakimə edin. Bir təyyarənin məhv edilməsi necə əvvəldən axıra qədər videoya çəkilə bilər? Bu hadisələr təsadüfi olmur. Burada hər şey professional şəkildə olub. Əgər bunlar professional qaydada edilibsə, demək ki, əvvəlcədən hazırlıq görülüb”.