ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ evdə qəbul edəcəyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” səhifəsində paylaşım edib.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ evdə salamlamaqdan məmnunam. Prezident və mən çoxsaylı ticarət və müdafiə sazişləri üzərində işləyirik", - Tramp deyib.
Amerika liderinin sözlərinə görə, bunlara irimiqyaslı “Boeing” təyyarələrinin alınması, “F-16” döyüş təyyarələri üçün böyük sövdələşmə, “F-35”lə bağlı müsbət yekunlaşması gözlənilən danışıqların davam etdirilməsi daxildir.
Eyni zamanda prezident Tramp paylaşımında Ərdoğanla hər zaman çox yaxşı münasibətdə olduğunu qeyd edib.
QAZİLER.AZ