İran: “Bu ittifaq Yaxın Şərqə sülh gətirəcək”

İran: “Bu ittifaq Yaxın Şərqə sülh gətirəcək” backend

Yaxın Şərqin gələcək taleyi İran, Rusiya və Suriya arasında qurulacaq ittifaqdan asılıdır. Axar.az xəbər verir ki, bu sözləri İran dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Livanın “Mayadin” telekanalına müsahibəsində deyib.

Tehran rəsmisinin sözlərinə görə, Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcısını vurması Yaxın Şərqin maraqlarına ziddir:

“İran Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinin tərəfdarı deyil. Biz gərginliyin səngiməsini istəyirik. İran, Rusiya və Suriyadan ibarət ittifaqın sülhə xidmət edəcəyinə inanırıq”.
Diaspora