Aİ komissarı azad edilmiş ərazilərlə bağlı maliyyə razılaşmasının imzalanacağına ümid edir

Aİ komissarı azad edilmiş ərazilərlə bağlı maliyyə razılaşmasının imzalanacağına ümid edir backend

“Mən Azərbaycan və Avropa İttifaqı arasında əlaqələri yeni səviyyəyə yüksəltməyə can atıram”.

Apa xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdamda jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirəm ki, bu gün maliyyə razılaşmasını imzalaya biləcəyəm. Hansı ki, bizə bu əraziyə (azad edilmiş ərazilər-red.), xüsusilə də səhiyyə sisteminə vəsait qoymağa imkan verəcək”, - Aİ komissarı qeyd edib.