Borrel İsraili beynəlxalq səviyyədə təcrid etməyə ÇAĞIRDI

Borrel İsraili beynəlxalq səviyyədə təcrid etməyə ÇAĞIRDI backend

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Josep Borrell bildirib ki, İsrail Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlara görə beynəlxalq səviyyədə təcrid olunmalıdır.

Qaziler.az xəbər verir ki, bu barədə o, “Onda Cero” radiosuna müsahibəsində deyib.

Onun fikrincə, baş nazir Benyamin Netanyahu hökumətinin hərəkətləri “bəşər tarixinin ən qaranlıq səhifələrindən birini” təmsil edir.

Borrell qeyd edib ki, İsrail Qəzzadakı siyasətinə görə beynəlxalq səviyyədə hər cür təcrid olunmalı və təbii ki, beynəlxalq yarışlarda və ya mədəni tədbirlərdə iştirak etməməlidir.

QAZİLER.AZ