“Serbiya Qərb ölkələrinin açıq təzyiqi ilə üzləşib”.
Qaziler.az xəbər verir ki, bu haqda Serbiya respublikasının Rusiyadakı səfiri Momçilo Babiç “İzvestiya” qəzetinə bildirib. O vurğulayıb ki, Serbiyaya təzyiqin səbəbi Belqradın Moskva ilə yaxın dostluq münasibətləri və anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etməsi olub.
Babiçin sözlərinə görə, qərbli həmkarları öz real məqsədlərini dostluq məsləhəti kimi ört-basdır edərək, israrla Serbiya tərəfinə xarici siyasətinə yenidən baxmağı və Rusiya ilə əməkdaşlıqdan imtina etməyi tövsiyə edirlər.
“Ancaq tərəddüd etmək olmaz - bizim əcdadlarımıza xəyanət etməyə haqqımız yoxdur”, - Babiç vurğulayıb.
QAZİLER.AZ