Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə regional məsələləri müzakirə edib

Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə regional məsələləri müzakirə edib backend

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

Apa xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.

 

Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərə dair dərin müzakirələr aparıb.