Pezeşkian BRİKS-ə sanksiyalara qarşı ümumi mexanizm yaratmağı təklif edib

Pezeşkian BRİKS-ə sanksiyalara qarşı ümumi mexanizm yaratmağı təklif edib backend

İran prezidenti Məsud Pezeşkian BRİKS üzvü olan ölkələrə Qərbin birtərəfli sanksiyalarına qarşı mübarizə üçün ümumi mexanizm yaratmağı təklif edib.

Qaziler.az xəbər verir ki, prezidentin sözlərini onun mətbuat xidməti yayıb.

“BRİKS öz üzvlərini qeyri-qanuni sanksiyalardan qorumaq üçün birgə dəstək mexanizmini inkişaf etdirə bilər ki, ölkələrin iqtisadiyyatları siyasi təzyiq olmadan inkişaf etməyə davam edə bilsin”, - deyə Pezeşkian çıxış edib.

Peşeşkian həmçinin bildirib ki, dövlətlərin iqtisadi sanksiyalardan imtina etməsi, bu,  ölkələrin çoxqütblü dünyaya inamını sadələşdirəcək.

Sentyabrın 8-də Braziliya prezidenti Luis İnasiu Lula da Silvanın təşəbbüsü ilə çağırılan BRİKS-in onlayn sammiti keçirilib. Tədbirin təşkilinə səbəb ABŞ-nin Braziliya məhsullarına rüsumları kəskin şəkildə artırmaq qərarı olub.

Qeyd edək ki, BRİKS doqquz ölkənin birliyidir: Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, BƏƏ, Misir və Efiopiya. Təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb.

QAZİLER.AZ