Ərdoğan: “Rusiya bunu sübut etsə, istefaya hazıram”

Ərdoğan: “Rusiya bunu sübut etsə, istefaya hazıram” backend

Biz heç vaxt İŞİD-lə neft alış-verişi etməmişik. Axar.az xəbər verir ki, bu barədə “Frans 24” kanalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


O, Rusiya Prezidenti Vladimir Putinin dediyi “Türkiyə İŞİD-dən neft alır” sözlərinə reaksiya verib:

“Əgər bunu sübut etsələr, istefa verəcəm. Lakin sübut olunmasa, böhtanı atanlar vəzifədən gedəcəklərmi? Biz namusumuzla yaşayırıq və yaşamağa da davam edecəyik”.

Qeyd edək ki, Putin ötən gün Türkiyənin İŞİD-lə neft ticarəti apardığını deyib.
Diaspora