Rusiya Minsk qrupunun buraxılmasını əsaslı hesab edir - Zaxarova

Rusiya Minsk qrupunun buraxılmasını əsaslı hesab edir - Zaxarova backend

Rusiya tərəfi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsi üzrə Minsk qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır.

"Report"un xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

Diplomat xatırladıb ki, Rusiya Federasiyası ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib. "Biz bu addımı haqlı hesab edirik, regionda vəziyyətin köklü dəyişməsi baxımından əsaslandırılıb", - o qeyd edib.

"Minsk institutlarının məhdudlaşdırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur", - M.Zaxarova xatırladıb.