Putin: Çində Azərbaycan Prezidenti ilə salamlaşıb bir neçə kəlmə danışdıq

Putin: Çində Azərbaycan Prezidenti ilə salamlaşıb bir neçə kəlmə danışdıq backend

Rusiya Prezidenti Vladimir Putin Moskva-Bakı münasibətlərinin mövcud vəziyyətindən danışıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Rusiya ilə Azərbaycan arasında münasibətlərdə problemlərin olduğunu bildirib.

Onun sözlərinə görə, əlaqələri inkişaf etdirmək marağı hər şeyi öz yerinə qoyacaq.

Rusiya lideri qeyd edib ki, Çində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı ilə salamlaşıb, bir neçə kəlmə danışıb.

“Hesab edirəm ki, Azərbaycan və Rusiya arasında fundamental əlaqələr və onların inkişafına qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq”, - Putin əlavə edib.