Putinin deputatı keçmiş sovet respublikalarını ələ keçirməyə çağırdı

Putinin deputatı keçmiş sovet respublikalarını ələ keçirməyə çağırdı backend

Rusiya Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan deputatı Yevgeni Fyodorov sensasion çağırışla çıxış edib. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Y.Fyodorov Rusiyanın keçmiş sovet respublikalarına münasibətdəki əsl niyyətini açıqlayıb.

Y.Fyodorov Rusiya Federasiyasının məqsədinin keçmiş SSRİ respublikalarını ələ keçirmək və “Böyük Rusiyanın” ərazilərini 1945-ci il sərhədləri daxilində bərpa etmək olduğunu bəyan edib.

“Keçmiş Sovet İttifaqının ərazisi,- bu isə böyük Rusiya deməkdir,- 1991-ci ildə qanunsuz olaraq parçalanaraq pozulub. Bəlkə bunu bizdə - Rusiyada kimsə başa düşmür?” - deyə Y.Fyodorov müsahibəsində bildirib.

Dövlət Dumasının üzvü Rusiyanın Ukraynanın şərqindəki aqressiyasını “bu problemin həllinin tarixi texnologiyası” adlandırıb. Əlavə edib ki, bu, təkcə onun şəxsi mövqeyi deyil.

“Keçmiş SSRİ-nin bütün ərazisi beynəlxalq hüquqa görə, bizim vətənimizin, bizim millətin ərazisidir. Biz bu sərhədlərin daxilinə qayıtmalıyıq. Və biz bunu etməli olacağıq” - deyə Y.Fyodorov bildirib.

Deputat onu da vurğulayıb ki, NATO ilə vuruşmaq doğru olmazdı, amma Rusiyanın tarixi sərhədləri sanksiyalara və rusiyalıların həyat şəraitinin pisləşməsinə də bərpa olunmalıdır.

Y.Fyodorov bildirib ki, bu məqsəd işğalçılıq sayılmır, onun adı “müdafiə və bərpadır”.

Qeyd edək ki, Y.Fyodorov Dövlət Dumasının dalbadal 4 çağırış deputatı olub. O, hazırda Dövlət Dumasının Büdcə və Vergi Komitəsinin, habelə hakim Vahid Rusiya Partiyası Mərkəzi Siyasi Şurasının üzvü, Rusiya Federasiyasının həqiqi dövlət müşaviri, “Milli-azadlıq hərəkatı” təşkilatının koordinatorudur.

Diaspora