"Zelenski danışıqlar istəyirsə, qoy Moskvaya gəlsin - Putin

"Zelenski danışıqlar istəyirsə, qoy Moskvaya gəlsin - Putin backend

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna lideri Volodimir Zelenski ilə görüşü heç vaxt istisna etməyib, lakin bunun məqsədəuyğunluğuna şübhə edir.

"Report" xəbər verir ki, o, bunu Pekində keçirdiyi mətbuat konfransında bildirib.

"Cənab Zelenski ilə görüşə gəlincə, mən heç vaxt bu görüşün mümkünlüyünü istisna etməmişəm. Bunun bir mənası varmı?", - o bildirib.

Putin onu da deyib ki, əgər Ukrayna Prezidenti danışıqlar istəyirsə, "qoy Moskvaya gəlsin, görüşümüz orada baş tutacaq".