İsrail Prezidenti İsaak Hersoq Papa XIV Leo ilə görüşmək üçün bu gün Vatikana yola düşəcək.
"Report" xəbər verir ki, bu barədə İsrail KİV-i Hersoqun dəftərxanasına istinadən məlumat yayıb.
"Müqəddəs Taxtın təşəbbüsü ilə həyata keçirilən birgünlük səfər Qəzzadakı girovların geri qaytarılması səylərinə, dünya miqyasında antisemitizmlə mübarizəyə və Yaxın Şərqdəki xristian icmalarının müdafiəsinə həsr olunub", - məlumatda bildirilib.
KİV həmçinin qeyd edib ki, Hersoq mayda yeni Roma Papasının andiçmə mərasimində iştirak edib.