Rusiya prezidenti Vladimir Putin Slovakiyanın baş naziri Robert Fitsoya qonşu ölkələrdən Ukraynaya qaz və elektrik tədarükünü dayandırmağı təklif edib.
Qaziler.az RİA “Novost”yə istinadla xəbər verir ki, bu cür tədbirlər Kiyevə başqalarının maraqlarına hörmət etməyi öyrədəcək.
“Ukrayna əhəmiyyətli miqdarda enerji resurslarını Şərqi Avropadakı qonşuları vasitəsilə alır. Əks istiqamətdə gedən qaz təchizatını kəsin. Elektrik enerjisini kəsin və onlar başa düşəcəklər ki, başqalarının maraqlarını pozmaqla bağlı davranışlarda müəyyən məhdudiyyətlər var”, - Putin deyib.
QAZİLER.AZ