Ukraynanın təhlükəsizlik təminatının əsas komponentlərindən biri Avropa İttifaqına qoşulmaqdır.
Qaziler.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski öz “Telegram” kanalında Portuqaliyanın baş naziri Luis Monteneqro ilə telefon danışığından sonra deyib.
“Biz Ukraynanın Avropa İttifaqına üzvlüyünə təhlükəsizlik zəmanətlərinin əsas komponentlərindən biri kimi baxırıq”, - deyə Zelenski yazıb.
O, həmçinin bildirib ki, sentyabrın 4-də qondarma “istəklilər koalisiyası”nın növbəti iclası keçiriləcək və burada Ukraynanın təhlükəsizliyinin təmin edilməsi üçün hazırlanmış məqamlar müzakirə olunacaq. Monteneqro ilə söhbət zamanı Zelenski Portuqaliyanın da bu işdə iştirak edəcəyinə ümid etdiyini bildirib.
Bundan əlavə, Ukrayna lideri Monteneqro ilə Portuqaliya biznesinin Ukraynanın bərpasında iştirakını və pilotsuz təyyarələrin birgə istehsalını müzakirə etdiyini bildirib. Zelenski həmçinin Portuqaliyanın baş nazirini Ukraynaya səfərə dəvət edib.
QAZİLER.AZ