Türkiyə etibarlı və özünü doğrultmuş tərəfdaşdır.
Apa xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Anadolu Agentliyi yayımlayıb.
Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Zirvə toplantısı çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşən Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə bağlı müsbət fikirlər səsləndirib:
“Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı və özünü doğrultmuş tərəfdaş kimi görürük”.
Qeyd edək ki, Rusiya və Türkiyə liderlərinin görüşü zamanı hər iki ölkədən gələn geniş tərkibli heyət də müzakirələrdə iştirak edib.