Tramp Alyaska görüşü barədə təyyarədə açıqlama verib

Tramp Alyaska görüşü barədə təyyarədə açıqlama verib backend

Amerika lideri Donald Tramp təyyarəsində rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada danışıqlarının çox yaxşı keçəcəyinə əmin olduğunu bildirib.

Qaziler.az bildirir ki, bu barədə “Fox News” məlumat dərc edib.

Tramp açıqlamasında qeyd edib ki, əgər hər şey plana uyğun getməsə, o zaman o, tezliklə Vaşinqtona qayıtmaq niyyətindədir.

Eyni zamanda Tramp “Truth” sosial şəbəkəsində Putinlə gözlənilən görüş üçün “yüksək stavkalar” barədə məlumat verib. Rusiya-Amerika danışıqlarına getməzdən əvvəl onun hesabında qısa mesaj görünüb.

QAZİLER.AZ