Putin-Tramp görüşündən sonra Ukraynanın statusu dəyişəcək? - "The Times"

Putin-Tramp görüşündən sonra Ukraynanın statusu dəyişəcək? - "The Times" backend

İddialara görə, Rusiya və ABŞ Ukraynanın gələcək statusunu müzakirə edirlər ki, bu da “İordan çayının qərb sahilinin İsrail işğalı”na bənzəyəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti yazır.

“Rusiya və ABŞ Ukraynada müharibəyə son qoymaq üçün İsrailin İordan çayının qərb sahilinin işğalını əks etdirən modeli müzakirə ediblər”, - qəzet yazıb.

“Times” yazır ki, praktikada bu, Rusiyanın Ukrayna üzərində “hərbi və iqtisadi nəzarəti” demək olacaq.

Bildirilir ki, bu ideya bir neçə həftə əvvəl ABŞ prezidentinin elçisi Stiv Uitkoffla rusiyalı həmkarları arasında müzakirə edilib.

QAZİLER.AZ