Ukraynada sülh o zaman mümkündür ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp razılığa gələ bilsinlər.
Qaziler.az xəbər verir ki, bunu “PragerU” portalına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.
"Əgər iki böyük boss, Rusiya və Amerika birbaşa razılaşsa və dünyanın gələcəkdə necə görünməsi barədə plan hazırlaya bilsələr, tezliklə sülh olacaq”, - Orban deyib.
Qeyd edək ki, avqustun 15-də yerli vaxtla saat 23:30-da Putin və Donald Tramp Alyaskada danışıqlar aparacaq. Danışıqların əsas mövzusu Ukraynada atəşkəsdir.
QAZİLER.AZ