Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov və maliyyə naziri Anton Siluanov Alyaskada keçirilən sammitdə Rusiya nümayəndə heyətinə qatılıblar.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov verib. Onun sözlərinə görə, nümayəndə heyətinə Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev və Uşakov özü də qoşulacaq.
“Artıq sammit iştirakçılarının tərkibi də müəyyənləşib. Həssas xarakterli çox mühüm mövzuların müzakirə olunacağını nəzərə alsaq, sammit iştirakçılarının dairəsi geniş deyil”, - Uşakov bildirib.
Bundan əvvəl Uşakov açıqlamasında bildirib ki, Amerika nümayəndə heyətinin tərkibi artıq məlumdur. Ancaq bunu Ağ Evin açıqlaması daha düzgün olardı.
QAZİLER.AZ